Fərid Qayıbov MOK-un vitse-prezidenti, Azər Əliyev baş katibi oldu - Fotolar
    • 16-12-2021, 13:09
    • 634

Fərid Qayıbov MOK-un vitse-prezidenti, Azər Əliyev baş katibi oldu - Fotolar

Bu gün Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk  iclası keçirilib. 

Milli Olimpiya Komitəsinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə,  Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb. 

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev idi.