-
- 4-06-2019, 19:03
- 1 746
Milli Olimpiya Komitəsinin vitse-prezidenti: "Komyuterlər, telefonlar uşaqları aktiv həyatdan ayırır"
"Gəncləri, uşaqları komyuterlər və telefonlardan uzaqlaşdırmaq üçün Beynəlxalq Olimpiya Komitəsi layihə həyata keçirir".
News24.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Respublika çempionatı qaliblərinin təltifolunma mərasimində bildirib. Onun sözlərinə görə, həm dünyada, həm də Azərbaycanda kompyüter, telefonlar uşaqları aktiv həyatdan ayırır: "Bu səbəbdən də Beynəlxalq Olimpiya Komitəsi «İstedadların Müəyyənləşdirilməsi Proqramı»nı hazırlayıb. Beynəlxaq Olimpiya Komitəsi bu proqramı həyata keçirir və bütün olimpiya komitələrinə tövsiyə edir ki, belə tədbirləri keçirməklə istedadları müəyyənləşdirin və gələcək olimpiya, dünya çempionları məhz onların arasından çıxacaq. Əgər 202 mindən çox uşaq bu tədbirdə iştirak edibsə, onların arasından ən azı iki min nəfəri peşəkar idmançı ola bilər".
Afaq Mirayiq