Mahaçqala-Bakı aviareysi bərpa olunur
    • 17-12-2021, 14:05
    • 424

Mahaçqala-Bakı aviareysi bərpa olunur

Yeni ildən etibarən Mahaçqala-Bakı-Mahaçqala müntəzəm sərnişin aviareysi üzrə uçuşlar bərpa olunacaq.

News24.az xəbər verir ki,  Mahaçqala aeroportunun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkəti Mahaçqaladan Bakıya uçuşlarını 2022-ci il yanvarın 1-dən bərpa edəcək. Uçuşlar hər həftənin şənbə günləri "Boeing-737-800" təyyarələri ilə həyata keçiriləcək.

Mahaçqaladan uçuş yerli vaxtla saat 16:00-da, Bakıdan isə saat 18:55-də yerinə yetiriləcək.

Qeyd edək ki, sözügdən reys əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar təxirə salınmışdı. /Apa.az/