Dubay-Bakı aviareysi ləğv edildi - SƏBƏBİ AÇIQLANMIR
    • 2-09-2019, 14:45
    • 698

Dubay-Bakı aviareysi ləğv edildi - SƏBƏBİ AÇIQLANMIR

Sentyabrın 2-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosusunda müvafiq göstəricliər silinib.

Beləliklə, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 17:00-da “FZ 733” saylı Dubaydan Bakıya uçuşu baş tutmayacaq.
Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 17:55-də Bakıdan Dubay istiqamətində “FZ 734” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil. /Teleqraf/