Anar Ələkbərov FİA-nın iclasına qatıldı
    • 17-12-2021, 16:16
    • 352

Anar Ələkbərov FİA-nın iclasına qatıldı

Dekabrın 13-17-də Parisdə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının illik iclası keçirilib.

İclasda Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun rəhbərliyi ilə ölkəmizdən nümayəndə heyəti iştirak edib.

İclasda Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti postuna seçkilər olub. Seçkilərin nəticələrinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin Avtomobil və Turizm klubunun prezidenti, ralli üzrə keçmiş pilot Mohammed Əhməd bin Sulayem FİA-nın yeni prezidenti olub. O, 2009-cu ilin oktyabrından Beynəlxalq Avtomobil Federasiyasına rəhbərlik edən Jan Todu əvəz edib. /Qafqazinfo/