“Azpetrol”un maşını Bakı-Sumqayıt yolunda qəzaya düşdü - Video
    • 17-12-2021, 17:02
    • 432

“Azpetrol”un maşını Bakı-Sumqayıt yolunda qəzaya düşdü - Video

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin girişində baş verib. Hadisə zamanı iki ağır tonajlı yük maşını toqquşub. Maşınlardan biri “Azpetrol” şirkətinə məxsus olub. Şirkətə məxsus maşın yolda zolağı dəyişərkən digər yük maşını ilə toqquşub. Toqquşmadan sonra şüşə daşıyan yük avomobilindən irihəcmli şüşə qırıqları asfalta tökülüb. Qəzada ölən və ya xəsarət alan olmayıb. 

Qəza nəticəsində yolda böyük tıxac yaranıb.