Həftə sonu 9 aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
    • 20-12-2021, 10:33
    • 276

Həftə sonu 9 aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 18-də və 19-da polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb