Hacıqabul sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürüldü
    • 20-12-2021, 15:34
    • 522

Hacıqabul sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürüldü

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvəqqəti olaraq Hacıqabul rayonunda yaşayan Quba rayon sakinləri Əli Əliyevdən və Elşən Salmanovdan müvafiq sənədləri olmayan “İj” və “Tula” markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.