"Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil"
"Müəllimlərin dövlət qulluqçusu statusunun verilməsi aktual deyil, müzakirə olunmur".
News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, müəllimlər dövlət hesabına maliyyələşir: "Müəllimlər 65 yaşdan sonra təqaüdə göndərilir. 30 yaşdan sonra müəllimlərin təqaüdə çıxması müzakirə mövzusu deyil".