Bakıda yaşayış evi yanıb külə döndü  -  FOTO - VIDEO
    • 27-11-2018, 16:26
    • 833

Bakıda yaşayış evi yanıb külə döndü - FOTO - VIDEO

 Bakı şəhərinin Nəsimi rayonunda Kubinka adlanan ərazidə vətandaşa məxsus 2 otaqlı yaşayış mənzilində güclü yanğın hadisəsi baş verib.

Yanğın təxminən bu gün günorta saat 12:00 radələrində qeydə alınıb.

Hadisə baş verən zaman mənzildə heç kəs olmadığından xəsarət alan olmayıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidməti, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın baş verən ev Həmidova Nərminə Niyazi qızına məxsus olub.

//Salamnews.az