Putin Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkür etdi
    • 21-12-2021, 15:34
    • 1 152

Putin Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkür etdi

"Artıq bir ildən çoxdur ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir”.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında bildirib.

V. Putinin sözlərinə görə, sülhməramlıların səyi nəticəsində humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb, bir sıra rayonların ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb.
"Sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və əzmkarlığına görə təşəkkür etmək istəyirəm", - Rusiya Prezidenti vurğulayıb.