Qubada yük maşını aşdı
    • 21-12-2021, 19:30
    • 398

Qubada yük maşını aşdı

Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində “Ford” markalı yük avtomobili yol kənarına aşıb.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.