Avtomobil “KamAZ”a çırpıldı - Yaralı var
    • 2-11-2021, 18:08
    • 361

Avtomobil “KamAZ”a çırpıldı - Yaralı var

Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.