Çöl quşlarını ovlayan 3 nəfər saxlanıldı - FOTO
    • 22-12-2021, 10:50
    • 284

Çöl quşlarını ovlayan 3 nəfər saxlanıldı - FOTO

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri - Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar.

Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.