-
- 22-12-2021, 13:21
- 518
Qənirə Paşayeva Misirin Azərbaycandakı səfiri ilə görüşdü - FOTO
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb.
News24.az xəbər verir ki, görüş, Misir səfirinin dəvəti ilə bu ölkənin səfirliyində baş tutub.
Səfir Adel İbrahim “Sirlər dünyasına səyahət: MİSİR” kitabını yazdığına, kitabın nəfis tərtibatla nəşrinə və təqdimatına görə Q.Paşayevaya təşəkkür edib.
Adel İbrahim iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Azərbaycan xalqını 44 günlük Vətən müharibəsindəki Zəfər münasibətilə təbrik edib.
Q.Paşayeva dəvətə və xoş sözlərə səfirə təşəkkür edərək, Misirə səfərlərindən, orada beynəlxalq tədbirlərdə iştirakından, görüşlərdən, təəssüratlarından və ölkələrarası əlaqələrdən söz açıb: “Ölkələrimiz arasında rəsmi və ictimai institutlar xətti ilə baş tutan görüşlər, alimlərimizin, mədəniyyət, incəsənət xadimlərimizin səmimi əlaqələri sevindiricidir. Qarşıdan Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü gəlir. Bu ərəfədə, Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü olaraq belə bir kitabla çıxış etməkdən məmnunam”.
Səfirlə Milli Məclisin komitə sədrinin görüşündə qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Görüşdə “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva da iştirak edib.