-
- 22-12-2021, 16:33
- 718
Dağ-mədən sənayesinin inkişafı sahəsində Memorandum imzalandı
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “Azərgold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu imzalanıb.
News24.az xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib ki, sözügedən sənəd tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsinə və gələcəkdə müvafiq sahədə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.
“Anlaşma Memorandumunun imzalanmasında məqsəd yer elmləri və mədənçilik sahələrində elmi-texniki əməkdaşlığın həyata keçirilməsi, müvafiq sahədə təlim proqramlarının təşkili və təcrübə mübadiləsi aparmaqla birgə kəşfiyyat işlərinin yerinə yetirilməsidir”.
S.Qurbanov imzalanan Memorandumun ölkələr arasında dağ-mədən sənayesinin inkişafında yeni perspektivlər açacağını və qarşılıqlı əməkdaşlıq çərçivəsində bu sahədə fəaliyyətin səmərəli və faydalı olacağını vurğulayıb.