Vaksin olunanların sayı AÇIQLANDI
    • 22-12-2021, 18:38
    • 372

Vaksin olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə 28 142 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 634, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 425 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 125 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 147 759, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 328 162 təşkil edir.