Qeyri-sabit hava şəraiti dekabrın 25-dək davam edəcək - ETSN
    • 23-12-2021, 11:47
    • 418

Qeyri-sabit hava şəraiti dekabrın 25-dək davam edəcək - ETSN

Ölkə ərazisində müşahidə olunan soyuq, yağıntılı hava şəraiti dekabrın 25-dək davam edəcək.

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.