-
- 27-11-2018, 18:51
- 1 037
MTN generalının bacanağı məhkəmə önündə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində MTN-nin həbsdə olan generalı Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun məhkəməsi keçirilib.
Hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.
Zərərçəkmiş Amid Hüseynovun atası Qulu Hüseynov ifadəsində deyib ki, 2012-ci ildə yol qəzası törətdiyi üçün 7 il azadlıqdan məhrum edilib və hazırda həbsdədir: "Mən özüm əvvəl Müsənnifə 10 min dollar vermişdim, sonra da oğlum Amid 10 min verib. Müsənniflə qohum olacaqdıq, alınmadı. O, bizim torpağımızın sənədini düzəltdirəcəkdi. Amma sözünə əməl etmədi".
M.Talıbov isə deyib ki, Q.Hüseynov həbsdə olan zaman dəfələrlə onun yanına gedib və pul xərcləyib.
Q. Hüsyenov isə Müsənnifin pulu onun həyat yoldaşının pensiya kartından çıxarıb istifadə etdiyini bildirib: "Bir dəfə Bakı Şəhər Prokurorluğunun Təşkilat-Analitik şöbəsinin müdiri Elçin Qurbanov da mənim yanıma gəldi və oğlumun dostu olduğunu dedi. Elçin məni həbsdən çıxaracağını dedi, o da Müsənnifin qaynıdır".
//Qafqazinfo.az