“ASAN Radio” 6 yaşında - VİDEO
    • 24-12-2021, 15:03
    • 589

“ASAN Radio” 6 yaşında - VİDEO

Prezident İlham Əliyevin 60 illik yubileyində “ASAN Radio” 6 illiyini qeyd edir. “ASAN Radio” dövlət başçısının tapşırığı ilə yaradılıb. 24 dekabr, 2015-ci ildə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. 

News24.az xəbər verir ki, “ASAN Radio” 44 günlük informasiya müharibəsinin iştirakçısıdır. Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən ilk radio kimi də tarixə düşüb. 

İnformasiyanı dəqiq və operativ çatdıran radio “ASAN xəbər”, “Yekun xəbər”, “100 FM-də 100 saniyə xəbər” və  “Xüsusi buraxılış”lar təqdim edir. 

“ASAN Radio” yerli və beynəlxalq təşkilatlarla birgə bir sıra layihələr də reallaşdırır. Eyni zamanda sosial çarxlar, filmlər hazırlayır. 

Rəsmi “Facebook” səhifəsində izləyici sayı 140 000-ə çatan yeganə Azərbaycan radiosudur. 

“ASAN Radio” ölkənin 75%-dən çox ərazisində 100, 96.5, 95.6 və 92.7 FM-də yayımlanır.