"60 illiyimi Şuşada keçirirəm" - Prezident - VİDEO
    • 24-12-2021, 21:51
    • 730

"60 illiyimi Şuşada keçirirəm" - Prezident - VİDEO

"Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm". 

News24.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Şuşaya səfəri zamanı deyib. O bildirib ki, 50 illik yubileyini də məcburi köçkünlərlə bərabər qeyd edib: "50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm".