Cırtdanın "Böyük Macəra”sını bu dəfə şəhid uşaqları izlədi - VİDEO
    • 25-12-2021, 16:30
    • 825

Cırtdanın "Böyük Macəra”sını bu dəfə şəhid uşaqları izlədi - VİDEO

Dekabrın 24-də uşaqlar və böyüklər tərəfindən çox sevilən  Cırtdan “Böyük Macəra” ailəvi meqa-şousu təqdim edilib.

News24.az xəbər verir ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə layihə rəhbəri və quruluşçu rejisoru İlham Qasımov olan şounun təqdimatı Bakı Konqres Mərkəzində baş tutub. 

Tamaşanın izləyiciləri arasında şəhid ailələri, müharibə iştirakçıları və valideyn himayəsindən uzaq olan uşaqlar yer alıb.

Meqa-şou Azərbaycanın xalq nağıllarının personajları əsasında hazırlanıb.

Tanınmış simalar və onların övladları da şounun izləyiciləri arasında olub: aparıcı Zümrüd Bədəlova, bəstəkar Hacı Nazim Məmmədov, müğənni Samirə Allahverdi, aparıcı Nəsib Nurun xanımı Pərvanə Nur, bloger Səma Abıyeva, rəqqasə Fatimə və və s. 

Layihənin rəhbəri İlham Qasımov News24.az-a açıqlamasında şou barədə düşüncələrini bölüşüb: “Adından da bəlli olduğu kimi “Böyük Macəra” bizi gözləyir. Bu tamaşa həm yaradıcı qrup, həm də cəlb olunan mütəxəssislər baxımından ötən illərdən fərqli hazırlanıb. Miqyası bir az böyütmüşük. Pandemiya ilə əlaqədar yaranan 2 illik fasilə bizə bir az faydalı oldu. Çünki bu müddətdə yeniliklər etməyə çalışdıq. Bu gün primyeradır. Özümüzə borc bildik ki, ilk seansları şəhid  ailələrinin üzvlərinə ayıraq. Ənənəvi olaraq uşaq evlərindən də balaları dəvət etmişik”. 

Xatırladaq ki, Cırtdan "Böyük Macəra” 25 dekabrdan  5 yanvaradək Bakı Konqres Mərkəzdə təqdim ediləcək. 

Müxbir: Məhərrəm Əliyev
Foto/Video: Nicat Niftəliyev