Azərbaycanlı aparıcı alim oldu - FOTO
    • 17-07-2018, 11:16
    • 1 029

Azərbaycanlı aparıcı alim oldu - FOTO

Azərbaycanlı aparıcı İradə İsaq alim adını alıb. 

Bu barədə aparıcının özü məlumat verib:

"Axır ki, alim adını aldım! Siyasi elmlər üzrə fəlsəfə doktoru oldum. Asan olmadı, nə dissertasiya işini yazmaq, nə müdafiə etmək...

Amma istəyən insan nə olur-olsun məqsədinə nail olur. Bu çətin yolda mənə dəstək olan insanlara, xüsusən elmi rəhbərlərim Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi işlər üzrə köməkçisi cənab Əli Həsənova, professor Həmid Vəliyevə, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Qurban Məmmədova, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovaya, professorlar Nəsir Əhmədli, Qulu Məhərrəmliyə, ilk gündən yanımda olan valideynlərimə, həmişə dəstəyim olmuş həyat yoldaşım Yaşar İsakova, mənə əməyi keçmiş bütün insanlara təşəkkür edirəm.

Bu diplom bəlkə kimin üçünsə adi kağız parçasıdır, amma mən onun üçün canımı qoymuşam, yuxusuz günlərim olub, ömrümün 10 ilini həsr etmişəm. Mənim üçün, məni sevənlər üçün bu diplom çox əzizdir. Xüsusən valideynlərimin bu uğurumu görməsi, gözləri dolması ən böyük mükafatım oldu. Bundan sonrakı fəaliyyətimdə, Vətən üçün görəcəyim hər bir işdə bu adı böyük şərəflə daşıyacam. İnşallah xeyirli-uğurlu olar".

Teymur Məmmədov