Sabah hava necə olacaq?
    • 27-12-2021, 12:40
    • 548

Sabah hava necə olacaq?

Dekabrın 28-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında temperaturu gecə 1-3° isti, gündüz 8-11° isti olacaq.

Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək.