Mingəçevir sakinlərinin nəzərinə!
    • 27-12-2021, 18:12
    • 320

Mingəçevir sakinlərinin nəzərinə!

Təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq. 

Bu barədə “Azərsu” ASC-dən News24.az-a bildirilib.

Bununla əlaqədar dekabrın 28-i gün ərzində Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq.