Bu il Bakıda təmir olunan məktəblərin sayı açıqlandı
    • 28-12-2021, 10:00
    • 357

Bu il Bakıda təmir olunan məktəblərin sayı açıqlandı

Bu il Bakıda təmir olunan məktəblərin sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

Eyni zamanada, 7 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 88, 172, 133, 205, 307, 333), ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan, Binə, Xocasən qəsəbələri, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb.

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.

Həmçinin 3 məktəbdə (35, 87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.