Bakıda bu məktəblər söküləcək
    • 21-06-2021, 13:04
    • 452

Bakıda bu məktəblər söküləcək

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

BŞTİ-dən News24.az-a verilən məlumata görə, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub. Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan  arazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində) tikintisi davam etdirilir. 

1 məktəbin sökülərək yenidən tikintisi tamamlanmaq üzrədir.

2 məktəbin əsaslı təmiri və əlavə korpusunun tikintisi, 1 məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri davam etdirilir.

Həmçinin 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası və 1 məktəbin  əsaslı təmiri nəzərdə tutulur.