Bakıda eşidilən partlayış səsinin səbəbi MƏLUM OLDU
    • 28-12-2021, 11:21
    • 294

Bakıda eşidilən partlayış səsinin səbəbi MƏLUM OLDU

Bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi məlum olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildirilib ki, şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir.

"Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.