Gəncə Mərkəzi Univermağından OĞURLUQ EDİLDİ
    • 28-12-2021, 14:35
    • 329

Gəncə Mərkəzi Univermağından OĞURLUQ EDİLDİ

Gəncə Mərkəzi Univermağından oğurluq edilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdakı mağazaların birindən 1 200 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş T.Təyyar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.