Pensiyaların artımı ilə bağlı YENİLİK
    • 29-12-2021, 12:10
    • 463

Pensiyaların artımı ilə bağlı YENİLİK

"Minimum pensiyanın məbləği qaldırılmayıb. Biz fəaliyyət göstərdiyimiz dövrdə əmək haqqımız nə qədər yüksəkdirsə və hansı həcmdə sığorta ödənişləri etmişiksə, əmək pensiyasını da yüksək alacağıq". 

News24.az-ın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib: "Minimum əmək haqqı ilə əmək pensiyası arasında bağlılıq var. Bu balans qorunmaqla artım həyata keçirilir. 2025-ci ilə qədər əmək pensiyalarının artırılması ilə bağlı təkliflər təqdim olunacaq". 

Fond sədri çıxışında Vahid Əlaqələndirmə Mərkəzinin də fəaliyyətinə toxunub: "Vahid Əlaqələndirmə Mərkəzi 12-15 arası rayonumuzu əhatə edir. Təxminən 4 min nəfərə yaxın həssas qruplara xidmət göstərəcək".

Məhərrəm Əliyev 
Foto: Nicat Niftəliyev