Yeni il günü Bakıya qar yağmayacaq
    • 29-12-2021, 12:49
    • 758

Yeni il günü Bakıya qar yağmayacaq

"Yeni ildə qarın yağması Bakı üçün nadir hadisədir".

News24.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, son 20 ildə Yeni il gecəsi Bakıda 4 dəfə qar yağması müşahidə olunub: "Bu il də Yeni il gecəsi paytaxta qar yağması gözlənilmir".

Teymur Məmmədov