-
- 30-12-2021, 11:50
- 1 403
Heydər Əliyev Mərkəzində “Nəğmə dolu ürək” adlı qala-konsert keçirildi - Fotolar
Dekabrın 29-da Heydər Əliyev Mərkəzində “Nəğmə doğu ürək” adlı qala-konsert olub.
News24.az xəbər verir ki, konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçib.
Qala-konsertdə solistlər - Xalq artistləri Azər Zeynalov, Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Murad Hüseynov (fortepiano), Yeganə Axundova (fortepiano), Əməkdar artist Ramil Qasımov çıxış edib.
Konsertin möhtəşəm keçdiyini qeyd edən dirijor Fuad İbrahimov bildirib ki, ilin sonunda qürur hissi ilə deyiləsi sözlər nəhayət, musiqi ilə ifadə olundu. Konsertdə səslənən hər bir əsərdə bir mesaj vardı. Azər Zeynalovun ifasında “Ana” mahnısı məhz şəhid analarının yaşadığı hissləri dinləyicilərə çatdırmaq üçün seçilmişdi.
Konsertlə bağlı təəssüratını bölüşən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Əməkdar artist Ramil Qasımov deyib:
“Bu gün konsertdən aldığım böyük zövqü, yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyil. Çünki gözəl bir məkanda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə möhtəşəm bir konsert təşkil olunub. Görkəmli musiqiçilərimiz, Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlov, Yeganə Axundova, Azər Zeynalov və digərlərinin ifaları misilsiz idi. Bir musiqiçi kimi sevincimin həddi-hüdudu yoxdur. O görə ki, bu möhtəşəm konsert proqramında azərbaycançılıq hiss olunurdu. Burada bir-birindən maraqlı, dünya və Azərbaycan klassiklərinin əsərləri ifa edildi”.
Konsertdə Elza İbrahimova, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Oqtay Zülfüqarov, Sergey Raxmaninov, Sevil Əliyeva, Tofiq Quliyev və Üzeyir Hacıbəylinin əsərləri səslənib.