Son sutkada peyvənd olunanların sayı açıqlandı

Son sutkada peyvənd olunanların sayı açıqlandı
SOSİAL

30-12-2021, 16:45

Mətn ölçüsü

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə 32 103 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 718 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 318 107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 166 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 673 411, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 477 955 təşkil edir.