-
- 30-12-2021, 17:26
- 846
Narkotikin təsiri altında canlı yayım açıb izləyicilərini aldatdı
Bir neçə gün öncə “TikTok” sosial şəbəkəsində gənc oğlanın canlı yayım açaraq dostuna “polis məndən xahiş edir ki, bizim ərazimizdə “dvijeniya” etməyin” sözlərini dediyini əks etdirən videogörüntü yayılmışdı.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Abşeron rayon sakini 19 yaşlı Tural Salmanov olması müəyyən edilmiş və o, saxlanılmışdır. T.Salmanov həmin ifadələri narkotikin təsiri altında izləyicilərinin marağını cəlb etmək məqsədilə işlətdiyini etiraf edib. O, bu hərəkətindən peşman olduğunu bildirərək üzr istəyib.
T.Salmanovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarında narkotik vasitə də aşkar olunmuşdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə T.Salmanov barəsində 45 gün müddətə inzibati həbs tətbiq edilmişdir.