-
- 3-01-2022, 15:10
- 1 371
Sabahdan çörəyin qiyməti bahalaşır?
Əhali arasında çörəyin qiymətində 30 faizədək artım olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta bəzi mağazaların satıcıları sabahdan etibarən 50 qəpiklik çörəyin 65-70 qəpiyə satılacağını bildiriblər.
News24.az deyilənlərlə bağlı paytaxtda fəaliyyət göstərən bir neçə çörək zavodu ilə əlaqə saxlayıb.
“N1 Çörək zavodu”ndan saytımıza bildirildi ki, onlarda bununla bağlı məlumat yoxdur.
“Nur” çörək zavodundan aldığımız cavab da öncəki ilə eyni oldu. Hər iki zavod müdiriyyətdən belə bir göstərişin gəlmədiyini qeyd edib.
Lakin paytaxtda fəaliyyət göstərən çörək sexlərindən birinin rəhbəri isə bir neçə gün öncə unun qiymətində artım olduğunu bildirib: “Əvvəllər 27-28 manata aldığımız un kisəsinin qiyməti indi 39 manat olub. Eyni zamanda da seximizə daimi olaraq zavod çörəyi gətirən firmadan bildirildi ki, bu gün çatdırılma sayı öncəki günlərdən az olacaq. Səbəbi isə qiymətdə artımın olmasıdır. Dedilər ki, çörək sabahdan bahalaşacaq. Əgər belə olsa, o zaman mən də çörəyi 65-70 qəpik arasında satmalı olacağam".
Teymur Məmmədov