-
- 5-01-2022, 12:01
- 777
Bakıda 2 qardaş olan biznesmenlər həbs edildi – Keçmiş həyat yoldaşı ŞİKAYƏT ETDİ
Bakıda qadın sahibkara qarşı dələduzluq etmiş 2 qardaş barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü Faiq Babayev və qardaşı 1989-cu il təvəllüdlü Fərid Babayevin (şərti soyadlı) qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Faiqin keçmiş həyat yoldaşı Vüsalənin etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə ondan müxtəlif vaxtlarda ümumilikdə 192 min manat pul alıb və geri qaytarmamaları faktı ilə bağlı Cinayət Məcəllsəinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb.
Məlum olub ki, V.Babayeva 2003-cü ildə Faiqlə ailə həyatı qursa da, onlar 2010-cu ildə boşanıb. Bundan sonra o, qadın sahibkar kimi lombard fəaliyyəti göstərməyə çalışıb.
Daha sonra keçmiş həyat yoldaşı və qaynı ona müraciət edərək övladlarının gələcəyi üçün uğurlu biznes qura biləcəklərini, avtomobil icarəyə verərək böyük miqdarda gəlir götürə biləcəklərini deyiblər. 2018-ci ilin yanvarından etibarən Vüsalədən hissə-hissə 200 min manata yaxın pul alan Faiq və Fərid həmin vəsaiti geri qaytarmayıblar, üstəlik vəd etdikləri gəlir də əldə edilməyib. Keçmiş ərindən pulları geri ala bilməyən qadın daha sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Məlum olub ki, Fərid 2021-ci ilin mayında adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə kimi cinayətlərdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Vüsalə B-nin şikayətindən sonra açılmış cinayət işinin istintaqından sonra məhkəmə Fəridin cəzasının 1 il artırılaraq 12 ilə qaldırılmasına, Faiqin isə məhkəmə zalındaca həbs edilərək 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.