Doğum illəri fərqli olan əkizlər doğuldu - FOTO
    • 5-01-2022, 18:10
    • 752

Doğum illəri fərqli olan əkizlər doğuldu - FOTO

Kaliforniyada 2021-ci il tamam olanda doğulan əkizlərin birinin doğum ili 2021, digəri isə 2022-ci il qeyd olunub.

News24.az xəbər verir ki, doğum sənədində fərqli illər göstərilən əkizlər 15 dəqiqə fərqlə dünyaya gəlib.

Belə ki, oğlan Alfredo 31 dekabrda saat 23:45-də, bacısı Aylin isə 1 yanvar saat 00:05-də doğulub.

Əkizlərin anası Fatima Madriqal uşaqlarının yeni il gecəsi, fərqli tarixlərdə doğulmasına şaddır.

Tibdə belə bir fürsət 2 milyon əkizdə bir dəfə rast gəlinir. Əsasən gecə yarı baş tutan doğuşlarda belə vəziyyət yaranır. /Medicina.az/