Bakıda iki ev yanıb, xəsarət alan var
    • 6-01-2022, 16:02
    • 514

Bakıda iki ev yanıb, xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.

FHN-dən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.