Qəbələdə yanğın - XƏSARƏT ALAN VAR
    • 19-08-2020, 09:24
    • 541

Qəbələdə yanğın - XƏSARƏT ALAN VAR

Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin çardağının və aynabəndinin yanar konstruksiyaları 21 m² sahədə yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan 2 otağının tavanı 79 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.