Bakıda və Ağdaşda ev yanıb
    • 24-02-2021, 18:35
    • 548

Bakıda və Ağdaşda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə, dam örtüyü 12 m² sahədə yanıb.

Bu barədə FHN-dən News24.az-a bildirilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş rayonunda isə ümumi sahəsi 240 m² olan kürsülü birmərtəbəli 7 otaqlı evin 4 otağının tavanı və ev əşyaları 142 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.