Azərbaycanda 3 kişi eyni evdə dəm qazından öldü
    • 7-01-2022, 12:32
    • 345

Azərbaycanda 3 kişi eyni evdə dəm qazından öldü

Abşeron rayonunda 3 kişi eyni evdə dəm qazından boğularaq ölüb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Ölən şəxslərin həmin evdə kirayədə yaşadıqları bildirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.