Bakıda iki bacı dəm qazından boğularaq öldü
    • 15-04-2020, 09:36
    • 1 113

Bakıda iki bacı dəm qazından boğularaq öldü

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

Hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.

Faktla bağlı araşdırma aparılır./apa/