-
- 7-01-2022, 15:29
- 1 060
Uşaqlarınıza yalnız bu halda "Nurofen" verə bilərsiniz - PEDİATRDAN XƏBƏRDARLIQ - VİDEO
"Bu müddətdə gündə 30-35 pasientə baxdığım olub. Valideynlər övladlarının əsasən hərarət, əzələ ağrıları ilə müraciət edirlər. Bu virus hətta kəskin miozitə belə gətirib çıxara bilir. Əgər uşaqda immun yetərsizliyi, yanaşı gedən hansısa xəstəlik, ürək problemi varsa, o zaman bu virus da digərləri kimi letal hallara səbəb ola bilər”.
Bu sözləri pediatr Səbinə Nurəliyeva ölkə ərazisində valideynlərin ciddi narahatlığına səbəb olan və artıq uşaqlar arasında kütləvi yayılan influenza virusu (mövsümü qrip) ilə bağlı News24.az-ın suallarını cavablandırərkən deyib.
Pediatr bildirib ki, gün ərzində qrip simptomu ilə 35-ə yaxın uşaq qəbul edir: “Soyuq aylar virusların artım dövrüdür. Uşaqlar qapalı mühitdə olduğuna və pəncərələrin də açılmadığına görə, hava-damcı infeksiyaları daha sürətlə artır və uşaqlar arasında yoluxma yayılır. Bildiyiniz kimi uşaqlar bağçaya, məktəbə gedir və sıx təmasda olurlar. Hazırda yüksək hərarətlə müşahidə edilən viruslar arasında ən çox yayılanı influenza virusudur”.
Bu virusa yoluxan uşaqlarda yüksək hərarətlə yanaşı halsızlıq, qarın ağrısı müşahidə edildiyini qeyd edən S. Nurəliyeva, virusa yoluxmada yaş faktorunun rol oynamadığını diqqətə çatdırıb: “Müşahidə etdiyimiz yaş qrupu 2-15 yaş arasıdır. Həm bağça dönəmində olan, həm də məktəbli uşaqlar müraciət edir”.
Pediatr virusa yoluxan uşağa vaxtında müdaxilənin vacib olduğunu da deyib və valideynləri diqqətli olmağa çağırıb: “Virus olduğuna görə, buna antibiotiklər təsir etmir. Antiviral preparatlar istifadə edilməlidir. Eyni zamanda da bunun profilaktikası vaksinlə mümkündür. Əgər virus müalicəsinə 12-24 saat ərzində başlanılsa, o zaman uşaqda ağırlaşma olmayacaq. Tez bir zamanda yüksək hərarət aşağı düşəcək və digər simptomlar da sönəcək”.
Səbinə Nurəliyeva valideynlərin övladlarına həkim təyinatı olmadan antibiotik verməsinə də münasibət bildirib: “Bəzən valideynlər yalnış olaraq antibiotiklərdən istifadə edirlər. Bu da uşaqda immunitetin aşağı düşməsinə və xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Əgər uşaqda hərarət 38 dərəcədən yüksəkdirsə və buna dözmürsə, o zaman ev şəraitində hərarətsalıcı preparatlarla müdaxilə etmək olar. Amma ilk növbədə fiziki prosedurlara müraciət etmək lazımdır. Uşağı ilıq su ilə çimdirmək, və ya bədənini silməklə hərarəti aşağı salmaq mümkündür”.
Həkim valideynlərin influenza virusunu COVID-19-la səhv salmaması üçün məsləhət də verib: “Bu virusda diaqnostikası önəmlidir. COVID-19 neqativ çıxırsa, hazırkı virusun diaqnostik kart testi var və bununla yanaşı qan analizi edirik. Qan analizində leykositlər aşağı olur. Kart testi isə pozitiv göstərir”.
Teymur Məmmədov
Video:Nicat Niftəliyev