Həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
    • 11-01-2022, 12:40
    • 476

Həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsindəki fərdi yaşayış evlərindən birindən 1 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Ərkivan qəsəbə sakini E.Tahirov olduğu müəyyə edilib.

Oğurlanan qızıl-zinət əşyalarından bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.