Qolu sarıqlı süpürgəçi medianın gündəminə çevrildi - FOTO
    • 17-07-2018, 12:14
    • 967

Qolu sarıqlı süpürgəçi medianın gündəminə çevrildi - FOTO

Bu gün sosial şəbəkələrdə paylaşılmış bir foto insanların ürəyini göynədib.

News24.az xəbər verir ki, Pərviz Bağırov adlı bir istifadəçi Nizami küçəsində,  "Landmark" otelin yanında  bir süpürgəçinin qolusarıqlı vəziyyətdə işinin başında olması barədə xəbər paylaşıb. "Ürəyim az qaldı dayansın. Qadının Parkinson xəstəsi olması da hiss olunurdu. Pul təklif etdim, götürmədi. Onu bu vəziyyətdə işləməsinə necə göz yumurlar?" -deyə izləyici bildirib.

 İlhamə