-
- 26-11-2019, 00:49
- 1 006
30 manat verib sirk bileti aldı, çətirlə oturdu
Bakı Dövlət Sirkinin binasındakı acınacaqlı vəziyyət sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, dünən baş tutan şou zamanı tamaşaçılar problemlə üzləşiblər.
Belə ki, valideynlər binanın dam örtüyünün acınacaqlı vəziyyətdə olduğunu görərək yağışdan qorunmaq üçün tamaşaya çətirlə baxıblar. Sevinc Hüseynova adlı istifadəçi hətta həmin anın görüntüsünü lentə alaraq sosial şəbəkədə paylaşıb.
“30 manat pul verib bilet aldıq və çətirlə izləməli olduq. Nazirlik hara baxır? İstirahətə gəlib niyə əsəbi halda qayıtmalıyıq? Bundan sonra bilet alanda hava şəratini nəzərə alın. Siz də bizim kimi islanmayın, dam örtüyü normal vəziyyətdə deyil” ,- deyə şikayətçi qeyd edib.
Xatırladaq ki, 2015-ci ilin aprelində Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı sirki üçün yeni bina tikiləcəyi barədə məlumat vermişdi. Nazir qeyd etmişdi ki, yeni binanın inşası ilə bağlı bir neçə layihə hazırdır.
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov da bir neçə ildir binanın təmir olunacağını qeyd edir. (Qafqazinfo)[hide][/hide]