Bu gündən şagird yerdəyişməsi MÜVƏQQƏTİ DAYANDIRILIR
    • 12-01-2022, 10:10
    • 352

Bu gündən şagird yerdəyişməsi MÜVƏQQƏTİ DAYANDIRILIR

Bu gündən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.

News24.az xəbər verir ki, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.

Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.