-
- 12-01-2022, 11:30
- 450
Azərbaycanda həbsxanada ŞOK HADİSƏ – Bir-birinə narkotik ötürən məhbuslar...
Şəkidə yerləşən istintaq təcridxanasında məhbuslardan biri digərinə narkotik vasitə ötürərkən yaxalanıb.
Məlumatına görə, Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Göyçay rayon Qarabaqqal kənd sakini, 1989-cu il təvəllüdlü Nicat Bəşirov Elçin adlı məhbusa narkotik vasitə verərkən tutulub.
Belə ki, təcridxanadakı telefon otağından çıxan Nicatın tibb məntəqəsinin qarşısında dayanmış digər məhbusa salam verərkən əlinin içində bükülüdəki narkotik vasitəni vermək istəməsi nəzarətçinin diqqətini cəlb edib. Dərhal təcridxananın əməliyyat şöbəsinin əməkdaşları oraya cəlb edilib və məhbusların ifadələri alınıb.
Nicat Bəşirov narkotik maddəni onun qaldığı kameraya kiminsə pəncərədən atdığını və həmin bükülünü özündə saxlayaraq ona yaxın olan məhbuslardan birinə verməyi qərara aldığını deyib.
Şəki rayon Məhkəməsi Nicat Bəşirovu Cinayət Məcəlləsinin 317-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma) maddəsi üzrə təqsirli bilib və onun ümumi cəzasını 3 ay artıraraq 9 il 9 aya qaldırıb.