Bakıda evdən 9500 manatlıq qızıl-zinət əşyaları oğurlandı
    • 12-01-2022, 12:19
    • 495

Bakıda evdən 9500 manatlıq qızıl-zinət əşyaları oğurlandı

Qaradağ rayonunda oğurluq hadisəsi baş verib. Evlərdən birindən 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki evlərin birindən 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini K.İsabəyli müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.