Şəhid Ayaz Nəzərov dəfn edildi
    • 12-01-2022, 14:00
    • 513

Şəhid Ayaz Nəzərov dəfn edildi

Şəhid olan Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

Şəhid doğulub, boya-başa çatdığı rayonun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib. /Report/

Allah rəhmət etsin!

12.54

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

News24.az xəbər verir ki, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.

Hazırda şəhidmizlə vida mərasimi keçirilir.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy ab-havasında bəzədilib.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.